reklam
“Şamaxı” minimal hesabla məğlub oldu
Sportfm.az xəbər saytı

“Şamaxı” minimal hesabla məğlub oldu


Antalyada təlim-məşq toplanışında olan “Şamaxı” bu gün növbəti yoxlama görüşünü keçirib.

Sportfm.az xəbər verir ki, əyalət təmsilçisi Türkiyədəki hazırlığını Serbiyanın “Napredak” komandası ilə oyunla başa vurub.

Oyuna saat 16:00-da start verilib. Əyalət təmsilçisi bu oyunun son dəqiqələrində buraxdığı yeganə qolla 0:1 hesablı məğlubiyyətə üzülüb.

Xatırladaq ki, “Şamaxı” 11 yanvarda Qazaxıstan “Kaysar”ı ilə 0:0 oynamışdı. Həmin gün Rumıniyanın “Botoşani” kollektivi ilə keçirilən görüş (0:1) isə leysan səbəbindən yarımçıq qalmışdı.

Oxşar xəbərlər

“Şamaxı” Serbiya klubuna qarşı - Yoxlama görüşü
“Kəpəz” qalib gəldi
“Şamaxı”nın oyunu yarımçıq dayandırıldı
"Şamaxı" Qazaxıstan klubu ilə bərabərə aldı - Yoxlama matçı
"Şamaxı" Qazaxıstan və Rumıniya klublarına qarşı - Yoxlama görüşü

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər