reklam
“Neftçi” Tacikistan çempionatından oyunçu aldı
Sportfm.az xəbər saytı

“Neftçi” Tacikistan çempionatından oyunçu aldı


Qış fasiləsində heyətini gücləndirən “Neftçi” İK ikisi legioner olmaqla dörd futzalçı ilə müqavilə imzalayıb.

Sportfm.az xəbər verir ki, geridə qalan 10 oyunda 20 xal toplayan və 3-cü pillədə qərarlaşan paytaxt təmsilçisi vaxtilə ölkəmizdə müxtəlif klublarda çıxış etmiş iralı legionerlər Ali Mikaeli və Beyhaz Hassanzade ilə anlaşıb.

Birvaxtlar “Xəzər Cənub” və “Araz Naxçıvan”ın uğurları üçün çalışan Mikaeli Tacikistan çempionatında “Soro compony” ilə qızıl medal qazanıb. Behzad da azarkeşlər üçün yad sima deyil. O, 2018/19 mövsümündə “Xəzər Cənub”la Azərbaycan çempionatının gümüş medallarını qazanıb, Bakıya gələnə qədər Təbrizin “Rəhsu” klubunda çıxış edib.

“Neftçi” İK yayda Almaniyanın “Ştutqart” klubu ilə anlaşan və bu komanda ilə UEFA Çempionlar Liqasının ilkin mərhələsində iştirak edən Fərid Atakişiyevi də heyətinə cəlb edib. Digər transfer isə Samir Mehtiyevdir. O, qış fasiləsinə qədər Birinci Liqada “Alyans Qrup”un qapısını qoruyub.

“Qış transfer pəncərəsi” zamanı komandanı Emin Kürdov, Rüstəm Bağırov, İbrahim Zeynalov və Kənan Manafov tərk edib.

Oxşar xəbərlər

Azərbaycan çempionundan 6 yeni futbolçu - Transfer
Naxçıvan klubu yenə braziliyalılara üz tutdu - Transfer
Azərbaycan çempionatında pley-off həyəcanı başlayır
EKOL-un yeni transferi kənarda qalacaq
Legioner oyunçu "Neftçi"yə kömək edə bilməyəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər