Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Azərbaycan komandası yarımfinala yüksəldi -Dünya Kuboku
Azərbaycanın polo üzrə “Land of Fire-Azerbaijan” komandası İsveçrənin Sankt Moritz şəhərində keçirilən dünya kubokunda yarımfinala vəsiqə qazanıb.
Sportfm.az xəbər verir ki, kollektiv qarüstü polo üzrə sayca 38-ci yarışın 1/4 finalında “Flexjet” ilə qarşılaşıb.
Rəqibinə 5:3.5 hesabı ilə qalib gələn Azərbaycan təmsilçisi adını yarımfinala yazdıran ilk komanda olub.
“Land of Fire-Azerbaijan” qələbəsini bu gün Azərbaycanın İrandakı səfirliyində törədilmiş xain terror aktının qarşısını alarkən qəhrəmancasına şəhid olmuş baş leytenant Orxan Əsgərovun əziz xatirəsinə həsr edib.
Oxşar xəbərlər
"Land of Fire" komandası Vətənə qayıtdı - FOTO
"Land of Fire" Dünya Kubokunun qalibi oldu - VİDEO
“Land of Fire” İsveçrədə birincidi - UĞUR
Azərbaycanda bu idman növüdə var! - Qarüstü Polo
“Land of Fire” komandası dünya kubokunda üçüncü oldu - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası