5 boksçumuz yarımfinalda -Qızıl kəmər seriyası
Mərakeşdə boks üzrə Qızıl kəmər seriyası çərçivəsində keçirilən turnirdə 1/4 final mərhələsinə yekun vurulub.
Sportfm.az xəbər verir ki, Azərbaycan millisinin daha 2 üzvü yarımfinala vəsiqə qazanıb.
Məsud Yusifzadə (51 kq) Duqlas Trindade (Braziliya) ilə qarşılaşıb. Rəqib ilk raundda boksçumuza başı ilə zərbə endirdiyindən diskvalifikasiya olunub. Yusifzadə yarımfinalda Martin Molina (İspaniya) ilə üz-üzə gələcək.
Ümid Rüstəmov (57 kq) da rinqdən qalib ayrılıb. O, Jan Kaysedonu (Ekvador) mübarizədən kənarlaşdırıb – 4:1 (27:30, 29:28, 29:28, 29:28, 29:28). Rüstəmov yarımfinalda italiyalı Françesko İozia ilə döyüşəcək.
Hər iki boksçumuz yarımfinala yüksəlməklə, özləri üçün bürünc medalı da təmin edib. Bununla da bu mərhələdə mübarizə aparacaq milli üzvlərinin sayı 5-ə çatıb. Finala gedən yolda Nəbi İsgəndərov (67 kq) Abdulhakim Akramla (Seyşel adaları), Sərxan Əliyev (71 kq) Stiv Kulenquluka (Konqo Demokratik Respublikası) ilə və Alfonso Dominqes (86 kq) Endi Lesmeslə (İspaniya) qüvvəsini sınayacaq.
Yarışın 6-cı günündə Sərxan Əliyev rinqə çıxacaq.
Oxşar xəbərlər
Millimiz Qızıl kəmər seriyasını 5 medalla başa vurdu
Millimizin boksçuları finalda - Qızıl kəmər seriyası
Azərbaycan boksçularının ilk rəqibləri bəlli oldu - Qızıl kəmər seriyası
Boksçularımız “qızıl” görüşünə çıxacaq - Beynəlxalq turnir
Erməni boksçusu Azərbaycan təmsilçisi ilə döyüşə çıxmadı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ötən mövsüm "Barselona" bu mövsüm "Real" Madrid - Gənclər Liqası
-
AFFA klubları cərimələdi - QƏRAR
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Bədii üzgüçülük üzrə yeni məşqçi təyinatı
-
"Turan Tovuz" oyuna itki ilə çıxacaq
-
Dopinqlə mübarizədə yeni mərhələ - Yeni Dehlidə WADA-nın beynəlxalq konfransı















Misli Premyer Liqası