Millimizin boksçuları finalda -Qızıl kəmər seriyası
Azərbaycan millisinin 3 boksçusu Mərakeşdə keçirilən “Qızıl kəmər” seriyasında finala vəsiqə qazanıb.
Sportfm.az xəbər verir ki, Ümid Rüstəmov (57 kq), Nəbi İsgəndərov (67 kq) və Alfonso Dominqes (86 kq) yarımfinal mərhələsində rəqiblərinə qalib gəliblər.
Ümid Rüstəmov yarımfinalda italiyalı Françesko İoziadan güclü olub. O, rəqibini 5:0 (30:27, 29:28, 29:28, 30:27, 30:27) hesabı ilə məğlub edib. Rüstəmov çempionluq uğrunda Eduard Savvinlə (Rusiya) üz-üzə gələcək.
Nəbi İsgəndərov ardıcıl üçüncü görüşündə də qələbəyə sevinib. Boksçu final yolunda Abdulhakim Akramı (Seyşel adaları) mübarizədən kənarlaşdırıb. Gəncə boks məktəbinin yetirməsi bu dəfə ikinci raundda tam üstünlüklə qalib olub. İsgəndərov finalda Tarxan İdiqovla (Rusiya) qarşılaşacaq.
Alfonso Dominqes də “qızıl” uğrunda döyüşə vəsiqə qazanıb. Dünya çempionu yarımfinalda Endi Lesmesdən (İspaniya) üstün olub. O, rəqibini 4:1 (29:28, 29:28, 27:30, 29:27, 29:28) hesabı ilə məğlub edib. Dominqes də komanda yoldaşları kimi, final görüşündə Rusiya təmsilçisi ilə qarşılaşacaq. Onun rəqibi Şarabutdin Atayev olacaq.
Azərbaycan yığmasının digər boksçuları Məsud Yusifzadə (51 kq) və Sərxan Əliyev (71 kq) turniri “bürünc”lə başa vurublar. Onlar yarımfinalda müvafiq olaraq, Martin Molina (İspaniya) və Stiv Kulenquluka (Konqo Demokratik Respublikası) məğlub olublar.
34 ölkədən 201 boksçunun (119 kişi, 82 qadın) qatıldığı yarışda final döyüşləri fevralın 10-da olacaq.
Oxşar xəbərlər
Yığmamız Qızıl kəmər seriyasında ikinci oldu - UĞUR
Millimiz Qızıl kəmər seriyasını 5 medalla başa vurdu
5 boksçumuz yarımfinalda - Qızıl kəmər seriyası
Azərbaycan boksçularının ilk rəqibləri bəlli oldu - Qızıl kəmər seriyası
Boksçularımız beynəlxalq turnirin finalında
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ötən mövsüm "Barselona" bu mövsüm "Real" Madrid - Gənclər Liqası
-
AFFA klubları cərimələdi - QƏRAR
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Bədii üzgüçülük üzrə yeni məşqçi təyinatı
-
"Turan Tovuz" oyuna itki ilə çıxacaq
-
Dopinqlə mübarizədə yeni mərhələ - Yeni Dehlidə WADA-nın beynəlxalq konfransı















Misli Premyer Liqası