İki klub çempionatda oynamaqdan imtina etdi -ACI XƏBƏR
Türkiyədə baş verən zəlzələdən sonra Superliqanın iki təmsilçisi – "Hatayspor" və "Yeni Malatyaspor" çempionatdan çəkilmək istəyir.
Sportfm.az xəbər verir ki, zəlzələdən sonra ən çox dağıntılara məruz qalan Hatay və Malatya şəhərlərinin təmsilçiləri bunun üçün yerli federasiyaya müraciət edib.
Dünən "Yeni Malatyaspor"un 28 yaşındakı qapıçısı Ahmet Eyüp Türkaslanın dağıntılar altından cansız bədəni çıxarılıb. "Hatayspor"un aparıcı üzvü Kristian Atsu isə hələ də, dağıntılar altından çıxarılmayıb. Superliqaya cəmi bir həftə fasilə verilməsini klublar ideal hesab etməyib. Hər iki klub bu mövsüm liqadan düşməmək şərtilə, çempionatdan çəkiləcək və yeni mövsümdən liqaya qayıtmağı planlaşdırır.
"Sabah qəzetinə danışan "Yeni Malatyaspor"un prezidenti bunları deyib:
"Federasiyanın verdiyi qərar sadəcə skandaldır. Hara baxırsan yerlə-bir olub. Belə vəziyyətdə, 10 gün sonra matça çıxmağı əsla qəbul etmirik. Bir neçə gündən sonra idarə heyəti ilə görüşəcəyik və şərtlər dəyişməsə, Superliqadan çəkilmək qərarını verəcəyik".
Oxşar xəbərlər
Atsunun vida mərasiminə ölkə prezidenti qatıldı
Ahmet Eyüp Türkaslan həlak oldu
Qanalı futbolçu dağıntıların altından çıxarıldı
"Hatayspor" idman direktoru və oyunçusu dağıntılar altında qaldı
"Hatayspor"un oyunçusu dağıntılar altından çıxarıldı - ZƏLZƏLƏ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası