reklam
Atsunun vida mərasiminə ölkə prezidenti qatıldı
Sportfm.az xəbər saytı

Atsunun vida mərasiminə ölkə prezidenti qatıldı


Türkiyədə baş verən silsiləsi zəlzələlər nəticəsində vəfat edən “Hatayspor”un keçmiş futbolçusu Kristian Atsu ilə Qananın paytaxtı Akrada vida mərasimi keçirilib.

Sportfm.az xəbər verir ki, mərasimdə futbolçunun yaxınları ilə yanaşı, Qananın prezidenti Nana Akufo-Addo, millinin baş məşqçisi Kris Huyton, yarımmüdafiəçinin keçmiş komanda yoldaşları və azarkeşlər iştirak edib. Atsu Qananın Ada şəhərində dəfn edilib.

Xatırladaq ki, futbolçunun cansız bədəni 12 gün sonra – fevralın 18-də dağıntılar altından çıxarılıb.

Kristian Atsu karyerası ərzində Portuqaliyanın “Portu”, İngiltərənin “Çelsi”, “Everton” və “Nyukasl” klublarında forma geyinib. O, Qana milli komandasının heyətində 60 oyuna çıxıb və 10 qol vurub.

Oxşar xəbərlər

“Hatayspor” rəsmisi zəlzələdə ölüb
Atsu dağıntılar altında qaldı - VİDEO
İki klub çempionatda oynamaqdan imtina etdi - ACI XƏBƏR
Qanalı futbolçu dağıntıların altından çıxarıldı
"Hatayspor" idman direktoru və oyunçusu dağıntılar altında qaldı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər