reklam
Məhşur futbolçuların formaları Türkiyə üçün hərraca çıxarıldı -
Sportfm.az xəbər saytı

Məhşur futbolçuların formaları Türkiyə üçün hərraca çıxarıldı -5 milyon TL yığıldı


Türkiyə millisinin üzvü Merih Demiral ölkəsində baş verən zəlzələdən zərərçəkənlərə kömək üçün hərraca çıxardığı Kriştiano Ronaldo, Paulo Dibala və Leonardo Bonucinin formalarından 5 milyon Türkiyə lirəsi (451 min 328 manat) əldə edib.

Sportfm.az xəbər verir ki, bu barədə 24 yaşlı müdafiəçi özü açıqlama yayıb. O, 3 formanın hərracda satışından ümumilikdə 5 milyon türk lirəsi qazanıldığını bildirib. Həmin məbləğ zəlzələdən zərərçəkənlərə yardım məqsədi ilə göndərilib.

 

Alvaro Morata və Antuan Qrizmannın formalarının satışı üçün hərrac isə davam edir. 

Qeyd edək ki, fevralın 6-da səhər saatlarında Türkiyənin bir neçə bölgəsində güclü zəlzələ baş verib. Fəlakət nəticəsində 12 min nəfərdən çox insan həyatını itirib, 62 min nəfərdən çox şəxs yaralanıb.

Oxşar xəbərlər

Ronaldo zəlzələzədələrə belə yardım etdi
"Beşiktaş"dan deprəmzədələrə növbəti yardım
Messi, Mbappe və Neymar Türkiyəyə dəstək oldu
Türkiyə üçün dəstək olan futbol ulduzları - SİYAHI
3 formadan 1 milyon TL - YARDIM

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər