reklam
3 formadan 1 milyon TL -
Sportfm.az xəbər saytı

3 formadan 1 milyon TL -YARDIM


Türkiyə millisinin üzvü Merih Demiralın qardaş ölkədə baş verən zəlzələdən zərərçəkənlərə dəstək üçün başlatdığı kampaniya çərçivəsində daha 3 forma satılıb.

Sportfm.az xəbər verir ki, bunlar Eden Hazard, Alvaro Morata və Kevin de Brüynenin formalarıdır. 3 formanın hərracda satışından ümumilikdə 1 milyon Türk lirəsi əldə olunub. Məbləğ zəlzələdən zərərçəkənlərə dəstək məqsədi ilə Türkiyəyə göndərilib.  

Daha əvvəl Merih Demiral vasitəsi ilə Paulo Dibala, Kriştiano Ronaldo və Leonardo Bonuccinin formaları hərracda satılmışdı. Bundan əldə olunan 5 milyon lirə Türkiyəyə göndərilib. 

Həmçinin Erlinq Haaland, Lionel Messi, İlkay Gündoğan, Emre Can, Harri Keyn, Deyan Kuluşevski, Neymar, Kilian Mbappe də imzalı formalarının Merih Demiral vasitəsi ilə satışa çıxarılmasını və əldə olunan gəlirin Türkiyəyə göndərilməsini istəyiblər. 

Qeyd edək ki, fevralın 6-da Türkiyənin bir neçə bölgəsində güclü zəlzələ baş verib. Son məlumata görə, fəlakət nəticəsində 20 min 937 nəfər dünyasını dəyişib.

Oxşar xəbərlər

"Beşiktaş"dan deprəmzədələrə növbəti yardım
Messi, Mbappe və Neymar Türkiyəyə dəstək oldu
Türkiyə üçün dəstək olan futbol ulduzları - SİYAHI
Erlinq Haland da Merihin çağrışına qoşuldu - Yardım
Məhşur futbolçuların formaları Türkiyə üçün hərraca çıxarıldı - 5 milyon TL yığıldı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər