reklam
Sportfm.az xəbər saytı

"Qarabağ"ın oyunu ikinci oldu -Avropada


Avropa Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunlarını tribunalardan izləyən azarkeşlərin sayı müəyyənləşib.

 

Sportfm.az xəbər verir ki, 8 matçda ümumilikdə 91786 tamaşaçı iştirak edib.

 

Ən çox azarkeş Türkiyədə “Trabzonspor”la İsveçrə “Bazel”inin oyununda qeydə alınıb. Meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşan matçı 26184 nəfər izləyib.

 

Bakıda “Qarabağ” və Belçika “Gent”i arasında keçirilmiş qarşılaşma bu göstəricidə 2-ci olub. Görüşü 25452 tamaşaçı izləyib.

 

Xatırladaq ki, “Qarabağ”la Bakıdakı oyunda “Gent”i 1:0 hesabı ilə məğlub edib. Cavab qarşılaşması fevralın 23-də Belçikada baş tutacaq.

Oxşar xəbərlər

“Qarabağ” – “Frayburq” matçı 6-cı sırada
“Qarabağ” – “Olimpiakos” matçı ilk 5-likdə
Azərbaycan Premyer Liqasında azarkeşlərin sayı bəlli oldu
Azərbaycan Premyer Liqasında azarkeşlərin sayı bəlli oldu
Azərbaycan Premyer Liqasında daha bir antirekord

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər