reklam
Ukrayna dünya çempionatını boykot etdi
Sportfm.az xəbər saytı

Ukrayna dünya çempionatını boykot etdi


Ukrayna Boks Federasiyası (UBF) bu il Hindistanın Nyu-Delhi şəhərində qadınlar arasında keçiriləcək dünya çempionatını boykot edib.

Sportfm.az xəbər verir ki, qurum Beynəlxalq Boks Assosiasiyasının (IBA) Rusiya və Belarus idmançılarının mundiala buraxılmasına icazə verdikdən sonra bu addımı atıb. Federasiya bu səbəbdən yerli boksçuların nüfuzlu yarışda iştirak etməyəcəyini açıqlayıb.

Daha əvvəl ABŞ, Böyük Britaniya, Çexiya, İrlandiya, İsveç və Kanada dünya çempionatını boykot edib.

Qeyd edək ki, yarış mart ayında təşkil olunacaq. Mayda isə kişi boksçular arasında mundial keçiriləcək.

Oxşar xəbərlər

Daha bir ölkə dünya çempionatından imtina etdi - Səbəb Rusiya deyil
Kanada dünya çempionatlarını boykot etdi - Rusiyaya görə
ABŞ dünya çempionatını boykot edir
Ukrayna idmançıları Yay Olimpiya Oyunlarını boykot edəcək - ŞANTAJ
Ukrayna yığmasına qarşı iyrənc addım - Yarışda iştirakdan imtina etdilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər