reklam
Ukrayna yığmasına qarşı iyrənc addım -
Sportfm.az xəbər saytı

Ukrayna yığmasına qarşı iyrənc addım -Yarışda iştirakdan imtina etdilər


Beynəlxalq Boks Assosiasiyası (IBA) Ukraynaya qarşı beynəlxaq qalmaqala səbəb olacaq addım atıb.

Sportfm.az xəbər verir ki, Ukraynanın yeniyetmələrdən ibarət boks yığması təşkilatçıların milli bayraq altında yarışmasına qadağa qoymasından sonra İtaliyada keçirilən Avropa çempionatını tərk etmək qərarına gəlib. Bu barədə Ukrayna komandasının mətbuat xidməti məlumat yayıb.

Ukrayna Boks Federasiyasının prezidenti Kiril Şevçenko bildirib ki, məsələ ilə bağlı beynəlxalq məhkəməyə müraciət etməyə hazırlaşırlar:

“Bizdən tələb olundu ki, yarışda hamı kimi ölkəmizin rəsmi – Ukrayna bayrağı ilə yox, hansısa ağ bayraqla iştirak edək. Bu, tamamilə qanunsuzdur. Beynəlxalq Boks Assosiasiyasının prezidenti Umar Kremlyov buna qədər Rusiya Boks Federasiyasımın rəhbəri olub. O, Rusiya Prezidenti təhlükəsizlik xidmətinin rəhbərinin qohumudur. Bundan əlavə, Beynəlxalq Boks Assosiasiyasını “Qazprom” (Rusiya) maliyyələşdirir. Bu səbəbdən, Kremlyov və vitse-prezident Vladimir Prudiyusin Ukraynanın bu yarışda dövlət bayrağı ilə yox, ağ bayraqla çıxış etməsinə qərar verib. Bu, biabırçılıqdır. Yarışda iştirak etməkdən imtina etdik və komandamız geri qayıdır”.

Qeyd edək ki, Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. 

Oxşar xəbərlər

Ukrayna dünya çempionatını boykot etdi
ABŞ dünya çempionatını boykot edir
Rusiya və Belarus təmsilçiləri boks turnirlərindən kənarlaşdırıldı - Qərar
Putinin ordeni geri alındı
2019-cu ildə Beynəlxalq Boks Forumu Bakıda keçirilə bilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər