Azərbaycanlı boksçu yarımfinalda -Beynəlxalq turnir
Azərbaycanlı boksçu Məhəmməd Abdullayev Bolqarıstanın paytaxtı Sofiyada keçirilən “Strandja” beynəlxalq turnirində yarımfinala yüksəlib.
Sportfm.az xəbər verir ki, +92 kq çəkidə mübarizə aparan Abdullayev A kateqoriyalı yarışın 1/4 final mərhələsində Narenderi (Hindistan) məğlub edib.
Dünya çempionatının mükafatçısı 4:1 (27:30, 29:28, 29:28, 29:28, 29:28) hesabı ilə qalib gəlib.
O, yarımfinala yüksəlməklə, özü üçün ən azı bürünc medalı təmin edib. Məhəmməd finala gedən yolda özbəkistanlı Bahodir Jalolovla döyüşəcək. Görüş fevralın 25-də olacaq.
Turnirin 1/4 finalında daha 2 azərbaycanlı boksçu qüvvəsini sınayacaq. Malik Həsənov (63,5) Mujibillo Tursunovla (Özbəkistan), Zeynəb Rəhimova (54 kq) Mixaela Robleslə (Argentina) üz-üzə gələcək. Aynur Rzayeva (+81 kq) isə yarımfinalda Monikanı (Hindistan) sınağa çəkəcək. .
Oxşar xəbərlər
Boksçularımızın rəqibləri məlum oldu - Beynəlxalq turnir
Boksçularımız beynəlxalq turnirə yollandı
Azərbaycanlı boksçu ermənini məğlub etdi Avropa birinciliyi
Azərbaycan boksçuları yarımfinalda - Beynəlxalq turnir
İranlını döyüb ukraynalını gözləyir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası