reklam
İranlını döyüb ukraynalını gözləyir
Sportfm.az xəbər saytı

İranlını döyüb ukraynalını gözləyir


Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə ənənəvi “Strandja” turnirində 1/4 final mərhələsi başa çatıb.

Sportfm.az xəbər verir ki, Azərbaycan millisinin idmançısı Məsud Yusifzadə 69-cu dəfə keçirilən yarışın yarımfinalına vəsiqə əldə edib.

52 kq çəki dərəcəsində mübarizə aparan həmyerlimiz 1/2 finala gedən yolda iranlı Reza Suleymanifardla üz-üzə gəlib. Döyüş Yusifzadənin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. O, yarımfinala yüksəlməklə, özü üçün ən azı bürünc medalı da təmin edib.

Qeyd edək ki, boksçumuz yarımfinalda ukraynalı Dmitri Zamotayevlə döyüşəcək.

Oxşar xəbərlər

Azərbaycanlı boksçu yarımfinalda - Beynəlxalq turnir
5 boksçumuz yarımfinalda - Qızıl kəmər seriyası
Bolqarıstan boksçumuz üçün düşərli oldu
Azərbaycan boksçusu 69-cu “Strandja” turnirinin yarımfinalına vəsiqə qazandı
Boksçumuz Yusif Məsudzadə “Strandja” turnirinə qələbə ilə başladı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər