Yenə razılaşa bilmədilər! -döyüş baş tutmayacaq
Superağır çəkidə müxtəlif versiyalarda dünya çempionları olan Aleksandr Usiklə Tayson Fyuri arasında mümkün döyüşlə bağlı razılıq hələ də əldə olunmayıb.
Sportfm.az xəbər verir ki, əsas problem tərəflər arasında maliyyə məsələsində anlaşılmazlığın yaranmasıdı.
Bu mənada vəziyyəti daha çox Fyurinin komandası mürəkkəbləşdirir. Yayılan son məlumatlara görə, Usikin proumoteri Aleks Krasyuk britaniyalı boksçunun komandasına yeni təkliflə müraciət edib. Ukraynalılar qələbə qazanan tərəfin qonorarın 60 faizini götürməsini variant kimi ortaya atıb. Fyurinin komandadı isə buna razılıq verməyib. Nəticədə Krasyuk da yaxınlarına “biz bu döyüşü istəyirik, Fyuri istəmirsə, onu məcbur edə bilmərik” deyib.
Yeri gəlmişkən, bir neçə gün əvvəl Tayson da mətbuata açıqlamasında Deontey Uaylder ya Frensis Nqannu ilə döyüşə biləcəyini söyləmişdi.
Oxşar xəbərlər
Tayson amerikalı boksçu ilə döyüşdən imtina etdi - "Tam hazır vəziyyətdəyəm”
Tayson və Deontey arasındakı döyüşün vaxtı dəyişdiriləcək Futbol matçı səbəbindən
Mayk Tayson döyüşməyə razılıq verdi - Xeyriyyə məqsədi ilə
Boksçular azarkeşlərin yumruqlaşmasını izlədi
Boksçunun titulları əlindən alınır!
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası