reklam
Sportfm.az xəbər saytı

"Qalatasaray"ın qələbə seriyasına son qoya bilərik" -Emreli


Azərbaycan millisinin üzvü, "Konyaspor"un yeni transferi Mahir Emreli türkiyəli jurnalistlərin suallarını cavablandırıb.

Sportfm.az xəbər verir ki, 25 yaşlı hücumçu Superliqanın 26-cı turunda "Qalatasaray"a qarşı keçirəcəkləri oyun öncəsi təşkil edilən brifinqdə deyib: "Artıq matça köklənmişik. Rəqibimizi tanıyırıq. Onlar Superliqada liderdirlər. "Qalatasaray"ın qələbə seriyası var. Amma biz bu seriyaya son qoya bilərik".

Qeyd edək ki, martın 17-də oynanılacaq "Konyaspor" - "Qalatasaray" matçı Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

 

Oxşar xəbərlər

Bu gün derbi var - “Qalatasaray” - “Fənərbaxça”
"Qalatasaray" və "Adana Demirspor"dan qələbə - Türkiyə Superliqası
Mahirə təşəkkür etdi
Emreli oynadı, "Qalatasaray"ın seriyası qırıldı
"Fənərbaxça"dan qələbə, "Qalatasaray" məğlub oldu - Türkiyə Super Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər