İsveçin Azərbaycanla oyun üçün heyəti - İbrahimoviç siyahıda
AÇ-2024-ün seçmə mərhələsində Belçika və Azərbaycan millilərini qəbul edəcək İsveç yığmasının heyəti açıqlanıb.
Sportfm.az xəbər verir ki, milli komandanın baş məşqçisi Yanne Andersson 26 futbolçuya dəvət göndərib. Dəvət alanlar arasında “Milan”ın 41 yaşlı hücumçusu Zlatan İbrahimoviç də var:
Qapıçılar: Kristoffer Nordfeldt (AIK), Robin Olsen, (“Aston Villa”, İngiltərə), Viktor Yohansson (“Roterham Yunayted”, İngiltərə);
Müdafiəçilər: Emil Holm (“Spetsiya”, İtaliya), Ludvig Auqustinsson (“Malyorka”, İspaniya), Hyalmar Ekdal (“Bernli”, İngiltərə), Viktor Nilsson Lindelöf (“Mançester Yunayted”, İngiltərə), İsak Hein (“Verona”, İtaliya), Joel Andersson (“Midtülland”, Danimarka), Qabriel Qudmundsson (“Lill”, Fransa) Edvin Kurtuluş (“Hammarbü”), Karl Starferlt (“Seltik”, Şotlandiya);
Yarımmüdafiəçilər: Yesper Karlsson (“AZ Alkmaar”, Niderland), Emil Forsberq (“Leyptsiq”, Almaniya), Mattias Svanberq (“Volfsburq”, Almaniya), Kristoffer Olsson (“Midtülland”, Danimarka), Samuel Qustafson (“Haken”), Albin Ekdal (“Spetsiya”, İtaliya), Yesper Karlström (“Lex”, Polşa);
Hücumçular: Zlatan İbrahimoviç (“Milan”, İtaliya), Deyan Kuluşevski (“Tottenhem”, İngiltərə), Aleksander İsak (“Nyukasl”, İngiltərə), Viktor Klaesson (“Kopenhagen”, Danimarka), Robin Quayson (“Əl-İttifaq”, Səudiyyə Ərəbistanı), Anthoni Elanqa (“Mançester Yunayted”, İngiltərə), Viktor Dyekereş (“Koventri”, İngiltərə)
İsveçlilər martın 24-də Belçika, üç gün sonra isə Azərbaycan millisini Solnada qəbul edəcəklər.
Oxşar xəbərlər
"Arsenal"dan heç-heçə - Avropa Liqası
Avropa Liqasında 1/8 finalın qalan iştirakçıları müəyyənləşcək
Xorvatiya millisinin yığmamızla oyun üçün heyəti açıqlandı - SİYAHI
Modriç, Rakitiç, Perişiç... - Azərbaycanla oyuna dəvət alanlar - SİYAHI
"Qarabağ"ın rəqibləri məlum oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası