reklam
Bu gün Konfrans Liqasında sonuncu püşkatma olacaq
Sportfm.az xəbər saytı

Bu gün Konfrans Liqasında sonuncu püşkatma olacaq


Bu gün UEFA Konfrans Liqasında cari mövsümün sonuncu püşkü atılacaq.

Sportfm.az xəbər verir ki, Avropa futbol qurumunun Nyondakı mənzil-qərargahında keçiriləcək mərasim saat 17:00-da start götürəcək. Tədbirdə 1/4 və yarımfinal cütlükləri, həmçinin, final matçının nominal meydan sahibi bəlli olacaq.

Əvvəlki mərhələlərdən fərqli olaraq, bu dəfə istənilən komanda bir-biriylə rəqib ola biləcək.

1/4 final mərhələsinin ilk oyunları aprelin 13-də, cavab görüşləri isə bundan bir həftə sonra gerçəkləşəcək. Yarımfinal görüşləri mayın 11-də və 18-də olacaq.

Turnirin final görüşü isə iyunun 7-də, Çexiyanın paytaxtı Praqadakı “Eden Arena”da keçiriləcək.

Anderlext (Belçika)

AZ Alkmaar (Niderland)

Bazel (İsveçrə)

Fiorentina (İtaliya)

Nitsa (Fransa)

Vest Hem (İngiltərə)

Gent (Belçika)

Lex (Polşa)

Oxşar xəbərlər

"Fiorentina" "Bazel"ə, "AZ Alkmar" "Vest Hem"ə qarşı - Konfrans Liqası
Bu gün 1/4 finala yekun vurulacaq - Konfrans Liqası
"Gent" "Vest Hem"i qəbul edəcək - Konfrans Liqası
1/4 final və yarımfinalın püşkü atıldı - Konfrans Liqası
Son 2 mərhələnin püşkü atıldı - Konfrans Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər