reklam
Sportfm.az xəbər saytı

"Fiorentina" "Bazel"ə, "AZ Alkmar" "Vest Hem"ə qarşı -Konfrans Liqası


Avropa  Konfrans Liqasında finalçılar məlum olur.

Sportfm.az xəbər verir ki, bu gün yarımfinal mərhələsinin cavab oyunları baş tutacaq. 

"AZ Alkmar" 1:2 hesablı məğlubiyyətin revanşında doğma meydanda "Vest Hem"i qəbul edəcək. "Fiorentina" isə eyni hesabla uduzduğu "Bazel"in qonağı olacaq. Hər iki görüş 23:00-da start götürəcək.

Qeyd edək ki, Konfrans Liqasının final görüşü iyunun 7-də Çexiyanın paytaxtı Praqadakı "Eden Arena"da keçiriləcək.

23:00. "Bazel" (İsveçrə) - "Fiorentina" (İtaliya)
Baş hakim: Xose Mariya Sançes (İspaniya)
Bazel, "Sankt-Yakob Park" stadionu
İlk oyun - 2:1

23:00. "AZ Alkmaar" (Niderland) - "Vest Hem" (İngiltərə)
Baş hakim: İvan Krujlyak (Slovakiya)
Alkmaar, AZ stadionu
İlk oyun - 1:2

Oxşar xəbərlər

İtaliya və İngiltərə klubları finalda - Konfrans Liqası
İtalyanlar uduzdu, ingilislər qalib gəldi - Konfrans Liqası
"Fiorentina" "Bazel"ə, "Vest Hem" "AZ Alkmaar"a qarşı - Konfrans Liqası
"Gent" "Vest Hem"i qəbul edəcək - Konfrans Liqası
1/4 final və yarımfinalın püşkü atıldı - Konfrans Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər