Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Çalışırıq ki, Azərbaycan kubokunun da ayrıca sponsoru olsun"
"Hazırda hələ də danışıqlar gedir. Biz çalışırıq ki, sponsor tapılsın. Heç olmasa final ərəfəsində alınsa, yaxşı olardı. Amma söz verə bilmərik ki, bu mövsüm kubokun sponsoru olacaq".
Bu sözləri Qol.az saytına müsahibəsində Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov deyib. O, Azərbaycan kubokuna sponsor axtarışları ilə bağlı suala cavab verib. E.Səmədov bildirib ki, hazırda bunun üzərində işləyirlər, layihələri var: "Çalışırıq ki, Premyer Liqa ilə yanaşı, gələn mövsüm Azərbaycan kubokunun da ayrıca sponsoru olsun".Xatırladaq ki, hazırda Azərbaycan Premyer Liqasına Misli brendi sponsorluq edir.
Oxşar xəbərlər
AFFA ilə “Misli” arasında sponsorluq müqaviləsi imzalandı
“Kəpəz” sponsor tapa bilmir - Gəncə klubundan açıqlama
Birinci divizion klubunda sponsorluq anlaşması - FOTO
AFFA və PFL sponsor axtarışına çıxıb
Daha bir məşqçi millimizi çalışdırmaq istəmədi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













Misli Premyer Liqası