Konfrans Liqasının 1/8 final oyununda qalmaqal -Futbolçunun burnunu qırdılar
Konfrans Liqasının 1/8 final mərhələsinin dünən keçirilən "Sivasspor" - "Fiorentina" (1:4) matçında qalmaqal yaşanıb.
Sportfm.az xəbər verir ki, komandaları dördüncü qolu buraxdıqdan sonra, matç yekunlaşana yaxın iki türk azarkeşi meydana daxil olub. Bu zaman onlar rəqibin futbolçusu Alessandro Byankoya zərbə endirib. Nəticədə 20 yaşlı futbolçunun burnu qırılıb. O, dərhal soyunub-geyinmə otağına aparılıb və futbolçuya tibbi yardım göstərilib. Byanko sosial mediada burnunın qırıldığı anı əks etdirən şəkil paylaşıb.
Sivas polisi hadisə törətməkdə şübhəli bilinən Çiloğlu və Soyli soyadlı iki şəxsi saxlayıb.
Bu qalmaqal səbəbindən UEFA-nın "Sivasspor"a cəza kəsəcəyi gözlənilir.
Qeyd edək ki, "Sivasspor" iki oyunun nəticəsinə əsasən 1:5 (1:1, 1:4) hesabı ilə uduzaraq KL-də mübarizəni dayandırıb.


Oxşar xəbərlər
Türkiyənin üç klubu cəzalandı - UEFA tərəfindən
"Sivasspor" Fiorentina"ya qarşı - Konfrans Liqası
"Alanyaspor" Türkiyə Kubokunun finalında
UEFA iki məşhur klubu cərimələdi
Rioda daha bir qalmaqal: 3 jurnalist xəsarət aldı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası