Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Qalatasaray"a transfer qadağası -FİFA
FİFA "Qalatasaray"ı transfer qadağası ilə cəzalandırıb.
Sportfm.az xəbər verir ki, buna futbolçu Sofyan Fequlinin İstanbul təmsilçisinə qarşı etdiyi müraciətə FİFA-nın müsbət cavab verməsi səbəb olub. Beləliklə, "Qalatasaray" futbolçuya son 3 aylıq maaşı, mükafat və bonusların da yer aldığı 1 milyon 600 min avro ödəyəcək. Bundan başqa, klub transfer qadağası ilə cəzalandırılıb. İstanbul təmsilçisi əlcəzairli oyunçuya qeyd olunan məbləği ödəməsə, yay transfer dönəmində heyətinə futbolçu cəlb edə bilməyəcək.
Qeyd edək ki, Fequli ötən mövsümün sonu müqaviləsi başa çatdığı üçün "Qalatasaray"dan ayrılmışdı.
Oxşar xəbərlər
“Qalatasaray”ın transfer qadağası ləğv edildi - FİFA
İstanbul klubu onunla vidalaşır - FOTO
İtaliya klubuna ağır cəza - FİFA
"Qalatasaray"da nigeriyalı oyunçu - RƏSMİ
FİFA daha bir Türkiyə klubunu cəzalandırdı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası