reklam
Azərbaycan boksçusu dünya çempionatını bürünc medalla başa vurub
Sportfm.az xəbər saytı

Azərbaycan boksçusu dünya çempionatını bürünc medalla başa vurub


Qadın boksçular arasında Hindistanın paytaxtı Yeni Dehlidə keçirilən dünya çempionatında yarımfinal mərhələsi yekunlaşıb.

Bu mərhələdə Azərbaycan millisinin boksçusu Aynur Rzayeva da rinqə çıxıb.

Sportfm.az xəbər verir ki, +81 kq çəkidə çıxış edən yığma üzvü qazaxıstanlı Lazzat Kunqeybayeva ilə üz-üzə gəlib. Görüşdə rəqib qələbə qazandığından finala yüksəlib. Rzayeva isə mundialı bürünc medalla başa vurub.

Qeyd edək ki, 2,4 milyon ABŞ dolları mükafat fondu olan dünya çempionatının final döyüşləri martın 25-də və 26-da keçiriləcək. 65 ölkədən 300-dən artıq boksçunun qatıldığı yarışın qalibi 100 min, finalçısı 50 min, bürünc medalçısı 25 min dollar qazanacaq.

 

Oxşar xəbərlər

Boksçumuz dünya çempionatında tarix yazdı - UĞUR
Boksçularımız 6 medalla qayıdırlar - Dünya Kuboku
Azərbaycanlı boksçuların ilk rəqibləri bilindi - Dünya çempionatı
Azərbaycan boksçusu Avropa çempionu oldu - UĞUR
Boksçumuzdan bürünc medal - Avropa çempionatı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər