reklam
“Sabah” qalib gəldi və avrokuboklara vəsiqəni təmin etdi
Sportfm.az xəbər saytı

“Sabah” qalib gəldi və avrokuboklara vəsiqəni təmin etdi


Futbol üzrə Azərbaycan Premyer Liqasının 28-ci turunda evdə “Qəbələ”ni məğlub edən “Sabah” çempionatın bitiminə 8 tur qalmış ilk üçlükdə yerini təmin edib.

Sportfm.az xəbər verir ki, bu, “Sabah”ın növbəti mövsümdə Azərbaycanı avrokuboklarda təmsil edəcəyi anlamına gəlir.

“Sabah”dan öncə “Qarabağ” da avrokuboklara vəsiqəni təmin etmişdi.

Onu da xatırladaq ki, “Sabah” tarixində ilk dəfə Azərbaycanı avrokuboklarda təmsil edəcək.

Hazırda “Qarabağ” 74 xalla vahid liderdirsə, “Sabah” 65 xalla ikincidir. “Neftçi” 57 xalla üçüncü, “Zirə” 38 xalla dördüncü, “Qəbələ” isə 36 xalla beşinci pillədə qərarlaşıb.

Oxşar xəbərlər

Misli Premyer Liqasında sonuncu tur başlayır
19-cu tur Gəncədə başlayır - Premyer Liqa
Azərbaycanı avrokuboklarda təmsil edəcək bütün klublar - SİYAHI
"Sabah"dan Musayevlə bir ilk - Qələbə sevinci
Premyer Liqanın XVII turuna start verilir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər