reklam
Qvardiola Haalandın durumundan danışdı
Sportfm.az xəbər saytı

Qvardiola Haalandın durumundan danışdı


"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola futbolçusu Erlinq Haalandın durumu haqda danışıb.

Qol.az xəbər verir kİ, 22 yaşlı hücumçu zədə səbəbindən İngiltərə Premyer Liqasının 29-cu turunda "Liverpul"a 4:1 hesabı ilə qalib gəldikləri oyunu buraxıb.

Qvardiola norveçli oyunçu ilə bağlı deyib: “Erlinq indi daha yaxşıdır. Ümid edirəm ki, onun bu həftə "Sauthempton", "Bavariya" ilə matçlara hazırlaşmaq üçün vaxtı olacaq və Haaland həmişəki kimi bizə kömək edəcək".

Qeyd edək ki, "Mançester Siti" Premyer Liqada aprelin 8-də səfərdə “Sauthempton”la qarşılaşacaq. Çempionlar Liqasının 1/4 final mərhələsinin “Bavariya” ilə ev oyunu isə aprelin 11-də keçiriləcək.

 

Oxşar xəbərlər

Qvardiola “Mançester Siti”də qaldı - RƏSMİ
Qvardioladan yeni rekord
“Mən “Barselona”ya qayıdacağam” - Qvardiola
2023-cü ilə qədər sözləşmə imzalamaq niyyətindədi - FOTO
Xosep Qvardiola 100-ə çatdı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər