reklam
“Ximki”nin hələ də qarşıda rəqibləri ilə matçları var
Sportfm.az xəbər saytı

“Ximki”nin hələ də qarşıda rəqibləri ilə matçları var" -Ayaz Quliyev


Rusiyanın “Ximki” klubunun azərbaycanlı yarımmüdafiəçisi Ayaz Quliyev Premyer Liqadan aşağı dəstəyə düşəcəkləri təqdirdə, komandada qalmağa hazır olub-olmaması ilə bağlı sualı cavablandırıb.

Sportfm.az xəbər verir ki, futbolçu hələlik bu barədə düşünmədiyini deyib:

“İndi bu barədə danışmaq çətindir. Sizcə, mən indi bu haqda düşünürəm? Heç bir fikrim yoxdur. Ay yarım gözləyəcəyik, sonra nəsə cavab verə bilərəm. Hər halda, Premyer Liqada qalmaq üçün əlimizdən gələni edəcəyik. “Ximki”nin hələ də qarşıda rəqibləri ilə matçları var. Prinsipcə, vəziyyət hələ də düzəldilə bilər. Ümid edək ki, belə olacaq”.

Ayaz Quliyevin Azərbaycan klublarından birinə keçəcəyi barədə söz-söhbət var. Onun xidmətində “Neftçi”nin və tarixində ilk dəfə avrokuboklara vəsiqə qazanan “Sabah”ın maraqlı olduğu bildirilir.

“Ximki” hazırda Rusiya çempionatının turnir cədvəlində sondan əvvəlki – 15-ci yeri tutur. Komanda 22 turda 13 xal toplayıb.

Oxşar xəbərlər

Ayaz Quliyev Azərbaycanın klublarından təklif aldı
Ayaz Quliyevin klubuna transfer qadağası - Qərar
“Neftçi” Ayaz Quliyevi transfer edir
Quliyevdən uğursuz debüt
Ayazlı “Arsenal” “Ximki”yə qarşı oynadı - Premyer Liqa

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər