"Milan" və "Real Madrid" yarımfinala yüksəldi -Çempionlar Liqası
UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk iki cavab görüşü keçirilib.
Sportfm.az xəbər verir ki, İngiltərədə "Çelsi" turnirin son qalibi İspaniya "Real Madrid"ini qəbul edib. Londondakı "Stemford Bric" stadionunda təşkil olunmuş oyunda qonaqlar qalib gəlib - 2:0. Hər iki qolun müəllifi Rodriqo olub.
Beləliklə, ilk matçda da eyni hesabla qalib gəlmiş "Real Madrid" adını yarımfinala yazdırıb.
Günün digər görüşündə İtaliya təmsilçiləri "Napoli" ilə "Milan" üz-üzə gəlib. Neapol şəhərindəki "Dieqo Armando Maradona" stadionunda oynanılmış qarşılaşma heç-heçə ilə yekunlaşıb - 1:1. İlk topu 43-cü dəqiqədə qonaq komandadan Olive Jiru vurub. 81-ci dəqiqədə "Napoli"nin ulduzu Xviça Kvaratsxeliya penaltidən yararlana bilməyib. 90+3-cü dəqiqədə Viktor Osimhen bərabərlik qolunu vursa da, bu, növbəti mərhələ üçün yetərli olmayıb. "Milan" isə 16 ildən sonra ilk dəfə Çempionlar Liqasında yarımfinala yüksəlib.
UEFA Çempionlar Liqası
1/4 final, cavab görüşləri
23:00. "Çelsi" (İngiltərə) - "Real Madrid" (İspaniya) - 0:2
Qollar: Rodriqo, 58; 80
Baş hakim: Daniele Orsato (İtaliya)
London, "Stemford Bric" stadionu
İlk oyun - 0:2
23:00. "Napoli" (İtaliya) - "Milan" (İtaliya) - 1:1
Qollar: Viktor Osimhen, 90+3 - Olivye Jiru, 43
İstifadə olunmamış penalti: Xviça Kvaratsxeliya, 82 ("Napoli")
Baş hakim: Şimon Marçinyak (Polşa)
Neapol, "Dieqo Armando Maradona" stadionu
İlk oyun - 0:1
Qeyd edək ki, daha iki cavab görüşü aprelin 19-da olacaq. Həmin gün "Bavariya" Almaniyada İngiltərənin "Mançester Siti", "İnter" isə İtaliyada Portuqaliyanın "Bemfika" komandasını qəbul edəcək. "Real Madrid" və "Milan" müvafiq olaraq, bu cütlərin qalibləri ilə yarımfinalda üz-üzə gələcək.
Oxşar xəbərlər
Cavab matçlarında hansı nəticələr qeydə alınacaq? - Çempionlar Liqası
"Real" "Çelsi"yə, "Milan" "Napoli"yə qalib gəldi - Çempionlar Liqası
"Dieqo Armando Maradona" darmadağına şahidlik etdi - A Seriyası
“Real” və “Napoli” növbəti mərhələdə - Çempionlar Liqası
1/4 finalın son iştirakçıları məlum olacaq - Çempionlar Liqası
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası