reklam
Dünya çempionatının mükafat fondu açıqlandı -
Sportfm.az xəbər saytı

Dünya çempionatının mükafat fondu açıqlandı -5,2 milyon


Aprelin 30-dan mayın 14-dək Özbəkistanın paytaxtı Daşkənddə kişilər arasında keçiriləcək boks üzrə dünya çempionatının mükafat fondu açıqlanıb.

Sportfm.az xəbər verir ki, medalçılar üçün ümumilikdə 5,2 milyon dollar məbləğ ayrılıb.

Mundialda iştirak edəcək boksçular arasında yeddi dünya çempionu da olacaq. Onlardan biri isə Azərbaycan millisinin üzvü Alfonso Domingesdir.

Dünya çempionatının qaliblərinin hər birinə 200 000 dollar veriləcək. İkinci yeri tutanlar 100 000, bürünc medal qazananlar isə 50 000 dollarlıq gəlir əldə edəcəklər. Boksçular ümumilikdə 13 çəki dərəcəsində mübarizə aparacaqlar.

Dominges 2021-ci ildə Serbiyanın paytaxtı Belqradda dünya çempionu olub. O, Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısıdır.

Oxşar xəbərlər

Yığmamızın dünya çempionatı üçün heyəti - SİYAHI
Bu gün bir boksçumuz mübarizəyə qoşulacaq - Dünya çempionatı
Millimizin heyəti açıqlandı - Dünya çempionatı
Dünya çempionatının yeri və vaxtı açıqlandı - Boks üzrə
2018-ci il dünya çempionatının mükafat fondu artırılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər