reklam
Premyer Liqa klubunun azarkeşi həbs olundu -
Sportfm.az xəbər saytı

Premyer Liqa klubunun azarkeşi həbs olundu -FOTO


“Arsenal”la oyunda “Çelsi”nin futbolçusu Mixail Mudrikin üzünə lazer şüası vuran azarkeş saxlanılıb.

Sportfm.az xəbər verir ki, Mudrik oyunda sonradan meydana çıxanda azarkeşlər onu fitə basıblar. Ukraynalı futbolçu meydançaya çıxandan sonra onun üzündə yaşıl lazer şüası parlamağa başlayıb. Bu, demək olar ki, futbolçunun meydanda keçirdiyi bütün vaxtda davam edib.

22 yaşlı cinah yarımmüdafiəçisi “Arsenal” – “Çelsi” matçının (3:1) 71-ci dəqiqəsində meydana çıxıb. Bu, onun “topçular”a keçiddən imtina edib “Çelsi”ni seçdikdən sonra “Emirates”də ilk oyunu idi.

“Arsenal” Mudrikin üzünə lazer vuran azarkeşin həbs olunduğunu açıqlayıb.

“Azarkeş matçda lazerdən istifadə etdiyinə görə həbs olundu. Bu, təhlükəli və tamamilə qəbuledilməz davranışdır. Polisə tam dəstək verəcəyik. Təbii ki, biz bu şəxsə ən ağır cəzanın verilməsinə çalışacağıq”, – “Arsenal”ın açıqlamasında deyilir.

Oxşar xəbərlər

“Çelsi”nin oyunu təxirə salındı
“Neymar” Premyer Liqa klubunda
Ən çox qol vuran komandalar - SİYAHI
Premyer Liqanın təqvimi açıqlandı - SİYAHI
"Çelsi" London derbisini "comeback"la qazandı - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər