reklam
Suqovuşanda Dünya Kuboku keçiriləcək
Sportfm.az xəbər saytı

Suqovuşanda Dünya Kuboku keçiriləcək


"Avropa Kanoe Assosiasiyasının prezidenti Jan Zunqrana və Beynəlxalq Kanoe Assosiasiyasının rəhbəri Tomas Koneçkoya Suqovuşandakı su hövzəsini göstərdik. Əminliklə söylədilər ki, gələcəkdə burada da Avropa və Dünya Kubokları keçirmək olar".

Sportfm.az xəbər verir ki, bunu Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilən “Prezident Kuboku-2023” beynəlxalq reqatası ilə bağlı Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) baş katibi Fərhad Əliyev deyib.

Federasiya rəsmisi reqatanın məhz Suqovuşanda start götürdüyünü xatırladıb: "Daha sonra parad keçirildi. Həmin görüntüləri Avropa və dünya federasiyasının prezidentləri də izlədilər. Onlar iştirak edə bilməsələr də, yarış üçün belə tədbirin təşkilini bəyəndilər. Turnirin ilk günlərində Azərbaycan idmançıları da medallar qazanıblar. Bu gün isə sonuncu finallar gerçəkləşəcək. Ümid edirəm ki, komandamız növbəti medallara da sahib çıxacaq".

Oxşar xəbərlər

Avarçəkənlər Mingəçevirdə yarışacaqlar - “Prezident Kuboku-2023”
“Prezident kuboku-2022”-nin rəsmi paradı oldu - FOTO
“Prezident kuboku-2022”-də 100-dən artıq idmançı mübarizə aparacaq
Türkiyə avarçəkənləri Bakıya gəldi - FOTO
Azad olunmuş ərazilərdə ilk yarış - Prezident kuboku

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər