reklam
Hidayət bürüncü altıqat dünya çempionuna uduzdu
Sportfm.az xəbər saytı

Hidayət bürüncü altıqat dünya çempionuna uduzdu


Qətərin paytaxtı Dohada keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatı davam edir.

Sportfm.az xəbər verir ki, bu gün 73 kq. çəkidə mübarizə aparan cüdoçumuz Hidayət Heydərov 1/16 finalda Adil Osmanova (Moldova), 1/8 finalda Cek Yonezukaya (ABŞ), 1/4 finalda isə Artur Margelidona (Kanada) qalib gəlib. İkiqat Avropa çempionumuz yarımfinalda italiyalı Manuel Lombardo ilə bacarmayıb.

 

Heydərov bürünc medal uğrunda görüşdə yaponiyalı altıqat dünya çempionu Soişi Haşimoto ilə qarşılaşıb və rəqibinə uduzub. Bununla da o, karyerasında 4-cü dəfə dünya çempionatının bürünc medalını qazanmaq şansını əldən verib.

Qeyd edək ki, daha əvvəl Balabəy Ağayev, Turan Bayramov (hər ikisi 60 kq), Orxan Səfərov (66 kq), Leyla Əliyeva, Könül Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva və Aydan Əliyeva (hər ikisi 52 kq) turniri medalsız başa vurublar. Mayın 10-da Səid Mollayi (81 kq) mübarizəyə qoşulacaq.

Oxşar xəbərlər

Cüdoçumuz bürünc medal görüşünə çıxacaq
Cüdoçularımızdan uğursuz çıxış
Daha 2 cüdoçumuz medalsız qaldı - Dünya çempionatı
Hidayət altıqat dünya çempionu ilə qarşılaşacaq
Hidayət Heydərov mübarizəyə qoşulacaq - Dünya çempionatı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər