reklam
Superliqada legioner limiti aradan qaldırıldı -
Sportfm.az xəbər saytı

Superliqada legioner limiti aradan qaldırıldı -Qərar


Türkiyə Superliqasında əcnəbi futbolçuların sayı ilə bağlı limit aradan qaldırılır.

Sportfm.az xəbər verir ki, bu barədə "Akşam" nəşri məlumat yayıb. Bildirilir ki, Superliqada mübarizə aparan klublar 2023/24 mövsümü üçün transfer pəncərəsindən başlayaraq 14 legioner transfer edə, həmçinin eyni anda 11 əcnəbi oyunçu ilə meydana çıxa biləcəklər.

 

Bununla bağlı razılıq Türkiyə Futbol Federasiyasının Klublar Birliyi, klubların rəhbərliyi və baş məşqçilərlə müzakirələrdən sonra əldə edilib. Daha əvvəl klubların 70 faizi bu məsələ ilə əlaqədar tələb irəli sürmüşdü.

TFF-nin bununla bağlı qərarını rəsmi şəkildə mayın 12-də açıqlayacağı gözlənilir.

Qeyd edək ki, hazırda Türkiyə Superliqasında legionerlərlə bağlı 8+3 limiti tətbiq olunur.

Oxşar xəbərlər

Legioner limiti dəyişmədi
Yeni mövsümdən legioner limiti olmayacaq
Legioner limiti ləğv edildi
Yeni mövsüm üçün limit rəsmiləşdi - SUPERLİQA
Legioner limiti 7-yə yüksəldi - Türkiyə çempionatı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər