reklam
Yeni mövsüm üçün limit rəsmiləşdi -
Sportfm.az xəbər saytı

Yeni mövsüm üçün limit rəsmiləşdi -SUPERLİQA


Türkiyə Futbol Federasiyası 2023/24 mövsümü üçün Superliqada legioner limitini açıqlayıb.

Sportfm.az xəbər verir ki, Superliqada matç zamanı meydanda ən çox 8 legioner yer alacaq. Əsas komandanın oyun heyətində ən çox 14 əcnəbi futbolçunun adı daxil edilə biləcək.

Türkiyə 1-ci liqasında isə ilk 11-də 5, oyun heyətində isə 8 legioner yer ala biləcək.

Bu isə o deməkdir ki, hazırkı qaydalar yeni mövsümdə də qüvvədə qalacaq.

Qeyd edək ki, daha əvvəl Türkiyə mediasında legioner limitinin tam ləğv olunacağı, komandaların meydana 11 əcnəbi oyunçu ilə çıxa biləcəyinə dair məlumat yayılmışdı.

Oxşar xəbərlər

Yeni mövsümdən legioner limiti olmayacaq
Legioner limiti ləğv edildi
Legioner əvəzetməsi ilə bağlı yeni qərar - İcraiyyə Komitəsi
Superliqada legioner limiti aradan qaldırıldı - Qərar
Legioner limiti və əvəzetmə sayı dəyişdirilmədi - Azərbaycan Premyer Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər