İtaliya və İngiltərə klubları finalda -Konfrans Liqası
Bu gün Avropa Konfrans Liqasının yarımfinal mərhələsinə yekun vurulub.
Sportfm.az xəbər verir ki, hər iki oyun eyni gündə baş tutub.
“Fiorentina” doğma meydanda uduzduğu “Bazel”lə bu dəfə səfərdə üz-üzə gəlib. İtaliya təmsilçisi səfər matçının əsas vaxtında uduzduğu hesabla qalib gəlib. Bu üzdən əlavə vaxt təyin olunub. Əlavə vaxtda daha bir qol vuran florensiyalılar finala yüksəliblər.
“Vest Hem” də “Alkmaar”ın qonağı olub. İlk oyundan qalib ayrılan İngiltərə təmsilçisi səfərdə də qələbə qazanaraq finala yüksəlib.
Turnirin final oyunu iyunun 7-də Çexiyanın paytaxtı Praqadakı “Eden Arena”da keçiriləcək.
Avropa Konfrans Liqası
Yarımfinalın cavab oyunları
18 may
Bazel (İsveçrə) – Fiorentina (İtaliya) 1:3
Qol: Anduni, 55 – N.Qonsales, 35; 72. Barak, 120+9.
İlk oyun – 2:1
Alkmaar (Niderland) – Vest Hem (İngiltərə) 0:1
Qol: Fornals, 90+4.
İlk oyun – 1:2.
Oxşar xəbərlər
“Roma” və “Sevilya” finalda üz-üzə gələcək - Avropa Liqası
"Fiorentina" "Bazel"ə, "AZ Alkmar" "Vest Hem"ə qarşı - Konfrans Liqası
"Fiorentina" "Bazel"ə, "Vest Hem" "AZ Alkmaar"a qarşı - Konfrans Liqası
Bu gün 1/4 finala yekun vurulacaq - Konfrans Liqası
"Sivasspor" Fiorentina"ya qarşı - Konfrans Liqası
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası