reklam
“Gömrükçü” Azərbaycan çempionu oldu -
Sportfm.az xəbər saytı

“Gömrükçü” Azərbaycan çempionu oldu -UĞUR


AFFA-nın təşkil etdiyi U-17 Qızlar Liqasının 2022/23 mövsümünə yekun vurulub.

Sportfm.az xəbər verir ki, mövsümün final qarşılaşmasında Bakının “Gömrükçü” və Xaçmazın “İnter” komandaları üz-üzə gəlib.

Rəqibini 5:0 hesabı ilə məğlub edən “Gömrükcü” 2022/2023-cü illər AFFA U-17 Qızlar Liqasının qalibi olub. Balakənin “Dinamo” komandası isə mövsümü üçüncü pillədə tamamlayıb. Binə stadionunda keçirilmiş final qarşılaşmasından sonra mükafatlandırma mərasimi təşkil olunub.

“Gömrükçü” komandasının üzvü Şəkər Piriyeva mövsümün ən yaxşı oyunçusu seçilib. 8 №-li İOEUGiM (Bakı) komandasının oyunçusu Xanım Əsədova 45 qolla mövsümün ən məhsuldar oyunçusu olub. “Dinamo” komandasının üzvü Firuzə Bayramova isə mövsümün ən yaxşı qapıçısı seçilib.

Mükafatları Qadın Futbolu Departamentinin rəisi Əminə Həsənova, Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov və U-15 (Qızlar) milli komandasının baş məşqçisi Xanlar Əliyev təqdim ediblər.

Oxşar xəbərlər

Yüksək Liqanın qalibi bəlli oldu - Uğur
“Keşlə” U-11 Liqasının qalibi oldu - FOTO
“Keşlə” U-11 Liqasının qalibi oldu - FOTO
“Sumqayıt” Yüksək Liqanın qalibi oldu - FOTO
“Təhsil” birinci, Alina "ən yaxşı", Ofelya isə bombardir oldu - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər