Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Mourinyoya qarşı intizam işi açıldı
UEFA "Roma"nın baş məşqçisi Joze Mourinyo ilə bağlı intizam işi çatıb.
Sportfm.az xəbər verir ki, buna onun Avropa Liqasının finalında "Sevilya" ilə matçdan (1:1, penaltilər seriyası - 1:4) sonra hakimi təhqir etməsi səbəb olub.
Portuqaliyalı mütəxəssis Budapeştdəki stadionun dayanacağında görüşün baş hakimi Entoni Teylorla görüşüb və onu təhqir edib. Mourinyonun hakimə matçı biabırçı formada idarə etdiyini deyib.
Qeyd edək ki, sözügedən görüşdə Teylor “Roma”nın futbolçularına 7 sarı vərəqə göstərib. Həmçinin ingiltərəli hakim 75-ci dəqiqədə romalıların qapısına penalti təyin etmək istəsə də, videotəkrardan sonra fikrini dəyişib.
Oxşar xəbərlər
Hakimi təhqir edən futbolçuya ağır cəza - QƏRAR
“Sevilya” ilə bağlı rüşvət iddiası
Mourinyo Avropa Liqasının medalını azarkeşə atdı - VİDEO
"Roma" uduzdu, Mourinyo qovuldu - A Seriyası
Hakimi təhqir edən futbolçuya ağır cəza - AFFA
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası