Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Emin Mahmudov oynadı, komandası qalib gəldi
Portuqaliya Premyer Liqasında 31-ci turun matçlarına start verilib.
Sportfm.az xəbər verir ki, yığmamızın üzvü Emin Mahmudovun şərəfini qoruduğu "Boavişta" evdə bir müddət əvvəl Elnur Cəfərovun müqavilə imzaladığı "Tondela"nı qəbul edib. Meydan sahibləri rəqibinə 1-0 hesabı ilə qalib gəlib. Oyuna ehtiyat oyunçular skamyasında başlayan Mahmudov 61-ci dəqiqədə meydana daxil olub. O, Anderson Karvalyonu əvəzləyib.
Qeyd edək ki, "Boavişta" 31 turdan sonra 38 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.
Oxşar xəbərlər
Mahmudov hələ ki, 45 dəqiqə lazımdır
Kamran baxdı, Mahmudov oynadı
Kamran Ağayev səhv etdi, komandası məğlub oldu
Emin Mahmudov Portuqaliyada debüt etdi
Kamran Ağayev qol buraxmadı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














.jpg)
Misli Premyer Liqası