reklam
Sportfm.az xəbər saytı

"Qarabağ"da braziliyalı futbolçu


"Qarabağ" Portuqaliyanın "Şaveş" klubunda çıxış edən braziliyalı futbolçu Juninyonu heyətinə qatır.

Sportfm.az xəbər verir ki, Ağdam klubu 27 yaşlı hücumameylli yarımmüdafiəçi ilə anlaşıb.

"Köhlən atlar"ın təcrübəli vinger üçün qarşı tərəfə 500 000 avro təzminat ödəyəcəyi bildirilib.

İddiaya görə, "Qarabağ" "sambaçı"nı hələ ötən yay heyətinə qatmaq istəyib. Lakin müəyyən səbəblərdən transfer baş tutmayıb.

Qeyd edək ki, Juninyo daha əvvəl ölkəsinin "Atletiko Paranaense", "Portimonense", "Villa Nova" komandalarında, həmçinin Portuqaliya "Eştoril"ində çıxış edib. O, "Şaveş"in heyətində 76 oyuna 12 qol vurub.

Oxşar xəbərlər

Portuqaliya klubunun futbolçusu “Qarabağ”da - Anlaşma
“Qarabağ” Juninyonu satmağa razılaşdı - KİV
“Qarabağ” yeni transferini açıqladı - RƏSMİ
Juninyo "Valensiya" ilə oyunda debüt edə bilər - GETDİ
"Qarabağ"da İspaniyalı futbolçu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər