Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Akinfeyevdən tarixi rekord
İqor Akinfeyev Rusiya futbol tarixində yeni rekorda imza atıb.
Sportfm.az xəbər verir ki, Moskvanın ÇSKA klubunun qapıçısı Premyer Liqanın 2023/2024 mövsümünün 1-ci turunda “Ural”la görüşdə meydana çıxmaqla buna nail olub.
Komandasının səfərdə 1:2 hesabı ilə məğlub olduğu qarşılaşmada çərçivəni qoruyan 37 yaşlı Akinfeyev 21-ci mövsümdə çempionat oyununda iştirak etməklə, rekordu ələ keçirib. O, 20 çempionatın iştirakçısı olan Dmitri Loskov və Aleksandr Anyukovu qabaqlayıb.
Karyerası ərzində yalnız ÇSKA-nın formasını geyinən Rusiya millisinin sabiq qolkiperi indiyə qədər ölkə çempionatında 544 oyunda meydana çıxıb.
Xatırladaq ki, Akinfeyev 2003-cü ildən Moskva klubunun əsas komandasının formasını geyinir.

Oxşar xəbərlər
Millinin sabiq futbolçusu həbs olundu
28 illik rekordu təkrarladı - 246 oyuna çıxmaqla
İqor Akinfeyev millidən getdi
Rusiya Premyer Liqasında 43 yaşlı futbolçu meydana çıxacaq
EURO 2016: Akinfeyev əfsanələri geridə qoydu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası