reklam
“Jelezniçar” Bakıya itkilərlə gəlir -
Sportfm.az xəbər saytı

“Jelezniçar” Bakıya itkilərlə gəlir -Konfrans Liqası


Bosniya və Herseqovinanın “Jelezniçar” komandasının futbolçusu Amar Drina Bakıda “Neftçi”yə qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının cavab oyununu buraxacaq.

Sportfm.az xəbər verir ki, buna 21 yaşlı müdafiəçinin evdə “ağ-qaralar”la 2:2 hesablı heç-heçə etdikləri ilk matçda sarı vərəqə görməsi səbəb olub. Bu mövsüm avrokuboklarda 3-cü dəfə rəsmi xəbərdarlıq alan oyunçu cəzalı duruma düşüb.

Sarayevo təmsilçisinin heyətində başqa itkilər də var. Edin Kokaliç, Edin Rustemoviç və Semir Ştiliç ilk matçda iştirak etməyiblər. İrfan Yaşareviç və Cozef Amoa isə “Neftçi” ilə qarşılaşmada zədələnərək meydanı tərk ediblər.

Avqustun 3-də 8-ci km stadionunda keçiriləcək qarşılaşma saat 21:00-da başlayacaq.

Oxşar xəbərlər

"Neftçi" "Sumqayıt"la oyuna itkilərlə çıxır
“Neftçi” – “Jelezniçar” matçına biletlər bitdi
“Neftçi”nin baş məşqçisinin mətbuat konfransının vaxtı bilindi
“Jelezniçar”ın daha bir futbolçusu “Neftçi”yə qarşı oynamayacaq
"Neftçi"nin rəqibi cərimələndi 8000 avro

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər