reklam
“Jelezniçar”ın daha bir futbolçusu “Neftçi”yə qarşı oynamayacaq
Sportfm.az xəbər saytı

“Jelezniçar”ın daha bir futbolçusu “Neftçi”yə qarşı oynamayacaq


“Jelezniçar”ın (Bosniya və Herseqovina) daha bir futbolçusu Bakıda “Neftçi”yə qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyununu buraxacaq.

Sportfm.az xəbər verir ki, yarımmüdafiəçi Semir Ştiliç 8-ci km qəsəbə stadionunda keçiriləcək matçda iştirak edə bilməyəcək.

36 yaşlı oyunçu zədə səbəbindən ilk oyunda olduğu kimi, cavab matçında da meydanda olmayacaq. Daha əvvəl müdafiəçi Amar Drinanın cəzalı olduğu üçün ikinci oyunu buraxacağı açıqlanmışdı.

Əvəzində yarımmüdafiəçi Edin Rustemoviç sıraya dönüb. Digər zədəlilər İrfan Yaşareviç və Cozef Amoanın Bakıdakı görüşdə iştirakı isə sual altındadır.

Avqustun 3-də oynanılacaq matç saat 21:00-da başlayacaq. Sarayevodakı ilk oyunda 2:2 hesabı qeydə alınıb.

Oxşar xəbərlər

“Zenit”in 2 futbolçusu “Neftçi” ilə matçı buraxacaq
Bütün biletlər satıldı - "Neftçi" - "Jelezniçar"
“Neftçi” – “Jelezniçar” matçına biletlər bitdi
“Jelezniçar” Bakıya itkilərlə gəlir - Konfrans Liqası
"Neftçi"nin rəqibi cərimələndi 8000 avro

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər