reklam
PFL I Liqa klublarının rəhbərləri ilə görüşdü -
Sportfm.az xəbər saytı

PFL I Liqa klublarının rəhbərləri ilə görüşdü -FOTO


Bu gün AFFA-nın inzibati binasında I Liqa klublarının rəhbərləri ilə görüş keçirilib.
Sportfm.az xəbər verir ki, ilk dəfə geniş tərkibdə keçirilən tədbirdə əvvəlcə PFL-in idarə heyəti - prezident Elxan Səmədov, vitse-prezident Aslan Şahgəldiyev, texniki-idman direktoru Elgiz Abbasov, media və marketinq direktoru Sənan Abdullayev klublarla müzakirələr aparıb. Gündəlikdə bir sıra məsələlərə - yeni mövsümün startı, tətbiq ediləcək idman prinsipləri, legionerlə bağlı qaydalar, infrasruktur kimi mövzulara toxunulub.
Görüşün ikinci mərhələsində AFFA Lisenziyalaşdırma qrupunun rəhbəri Elçin Məmmədov, maliyyə rəhbəri Xalid Cavadov, maliyyə meyarları üzrə baş ekspert Bəhram Dadaşov iştirak ediblər. Onlar 2024/2025-ci illər mövsümündən etibarən tətbiq ediləcək lisenziyalaşdırma qaydaları, ayrılacaq maliyyə yardımı haqqında məlumat veriblər.
Ümumilikdə 3 saata yaxın davam edən görüş səmərəli müzakirələrlə yadda qalıb.

Oxşar xəbərlər

AFFA-da iclas keçirildi - FOTO
AFFA-da II Liqa klublarının rəhbərləri ilə görüşüldü
PFL və “Sabah” rəhbərliyi ilə görüşdü
“Neftçi” PFK ilə PFL-in rəhbərliyi arasında görüş keçirildi - FOTO
Azərbaycan klubları UEFA-da təhlil ediləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər