Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Azərbaycan klubları UEFA-da təhlil ediləcək
Avqustun 11-də İsveçrənin Nyon şəhərində AFFA-nın Lisenziyalaşdırma qrupunun rəhbəri Elçin Məmmədov və baş maliyyə eksperti Bəhram Dadaşov UEFA-nın dəvətinə əsasən UEFA-nın Klubların Lisenziyalaşdırılması və Maliyyə Fair Play şöbəsinin əməkdaşları ilə görüşdə iştirak edəcəklər. Sportfm.az xəbər verir ki, Lisenziyalaşdırma Qrupunun əməkdaşları UEFA-da görüş keçirəcək. Görüş aşağıdakı mövzuları əhatə edəcək:
1. 2015-ci maliyyə ilində Azərbaycan futbol klublarının göstəriciləri və müqayisəli təhlil.
2. Klublar tərəfindən hazırlanmış hesabatlarda UEFA tərəfindən aşkar olunmuş çatışmazlıqlar və bu çatışmaqzlıqların gələcəkdə aradan qaldırılma yolları.
3. 2016-cı il üzrə maliyyə hesabatların hazırlanması ilə bağlı UEFA-nın tövsiyə və tələbləri.
4. UEFA Maliyyə Fair Play IT proqramı ilə bağlı yeniliklərin müzakirə olunması.
5. Növbəti mövsüm çərçivəsində keçiriləcək tədbirlərin müzakirəsi və digər məsələlər.
Oxşar xəbərlər
AFFA-nın əməkdaşları UEFA-nın seminarında
AFFA rəsmiləri UEFA seminarında iştirak edəcək
AFFA rəsmiləri UEFA-nın seminarında iştirak edəcəklər
Lisenziyalaşdırma qrupu UEFA seminarında
AFFA-da Fair Play qaydaları müzakirə olundu - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası