reklam
Sportfm.az xəbər saytı

"Komandam daha yaxşı çıxış etdi" -Vitali Borisov


Futzal üzrə UEFA Çempionlar Liqasının ilkin mərhələsində bu gün növbəti oyununu keçirən “Araz Naxçıvan” Almaniya çempionu “Yan Regensburq”la qarşılaşıb.
Sportfm.az xəbər verir ki, 5:0 hesabı ilə qələbə qazanan təmsilçimizin baş məşqçisi Vitali Borisov görüşlə bağlı federasiyanın rəsmi saytına açıqlama verib:
“Maraqlı qarşılaşma izlədik. Bu gün dünənki oyunla müqayisədə komandam daha yaxşı çıxış etdi. Onu da nəzərə alaq ki, Almaniya çempionu Türkiyə çempionu ilə müqayisədə daha güclüdür. Nəticəyə görə komandamı təbrik edirəm. Əlbəttə, bugünkü matçı da analiz edəcəyik, düzəldilməli olan məqamları futzalçılara çatdıracağıq. “Yan Regensburq”la matçı ayrıca dəyərləndirsək, fasilədən sonra nümayiş etdirdiyimiz oyun daha yaxşı idi. Artıq son oyunu düşünməliyik. Çünki vəsiqənin taleyi 2 gün sonra keçirəcəyimiz oyunda həllini tapacaq”.

Oxşar xəbərlər

Vitali Borisov: "Növbəti oyunu düşünməliyik"
"Araz-Naxçıvan" qrupdan çıxa bilmədi - Çempionlar Liqası
"Araz-Naxçıvan" “Riqa”ya qarşı - Çempionlar Liqası
"Araz-Naxçıvan"ın oyunları canlı yayımlanacaq - Çempionlar Liqası
Löv və Prosineçki məğlub olan yığmamızı tərfilədi!

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər