reklam
Dadaşovun dublu komandasına qələbə qazandırdı
Sportfm.az xəbər saytı

Dadaşovun dublu komandasına qələbə qazandırdı


Almaniyanın Şimal-Şərq Regional Liqasında 5-ci turun oyunları keçirilir.

Sportfm.az xəbər verir ki, Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi “Dinamo” (Berlin) “Jena” ilə qarşılaşıb. Matç “Dinamo”nun 2:1 hesablı əzmkar qələbəsi ilə başa çatıb.
Dadaşov meydana start heyətində çıxıb və 77-ci dəqiqədə əvəzlənib. Komandasının hər iki qolunu Rüfət vurub. O, 34 və 37-ci dəqiqələrdə fərqlənib.

Qeyd edək ki, "Dinamo" hazırda turnir cədvəlində 10 xalla 3-cüdür.

"Dinamo" - "Jena" - 2:1

Qollar: Rüfət Dadaşov, 34, 37 - Yosuaa Endres, 31

Oxşar xəbərlər

Dadaşov “Dinamo”ya qələbə qazandırdı
Rüfət Dadaşovun Almaniyada növbəti qolu - Regional Liqa
Dadaşov Almaniyada yenə fərqləndi
Rüfət Dadaşov het-trik etdi - Regional Liqa
Dadaşov oynadı, “Dinamo” qələbə qazandı - Regional Liqa

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər