reklam
“Qarabağ”ın matçını yenə “İdman” TV göstərəcək
Sportfm.az xəbər saytı

“Qarabağ”ın matçını yenə “İdman” TV göstərəcək


“Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsində Sloveniya klubu “Olimpiya” ilə keçirəcəyi cavab matçını yayımlayacaq telekanal dəyişib.

Sportfm.az xəbər verir ki, əvvəlcə “CBC Sport”la razılaşan Ağdam klubu sonradan fərqli qərar qəbul edib.

Azarkeşlər avqustun 31-də keçiriləcək oyunu “İdman” TV telekanalı vasitəsilə izləyə biləcəklər. Oyun saat 20:00-da başlayacaq.

Avqustun 24-də Lyublyanada keçirilən ilk oyunun yayım hüququna malik olan “İdman” TV matçı yalnız 69-cu dəqiqədən etibarən canlı təqdim etmişdi. “Qarabağ” ilk matçda 2:0 hesablı qələbə qazanmışdı.

Oxşar xəbərlər

Oyunları yayımlayacaq telekanal dəyişdi - İdman TV verəcək
“İdman” TV üz-gözünə bulaşdırdığı yayımla bağlı bəyanat yaydı
“Qarabağ” – HJK matçını yayımlayacaq telekanal
“Qarabağ”ın səfər matçı canlı yayımlanacaq
"Qarabağ" və "Qəbələ"nin matçları canlı yayımda

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər