reklam
“İdman” TV üz-gözünə bulaşdırdığı yayımla bağlı bəyanat yaydı
Sportfm.az xəbər saytı

“İdman” TV üz-gözünə bulaşdırdığı yayımla bağlı bəyanat yaydı


“Yayımla bağlı ortaya çıxan problemdə “İdman” TV qədər “Qarabağ” klubu da məsuliyyət daşıyır”.
Sportfm.az xəbər verir ki, bu barədə “İdman” TV UEFA Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”ın Sloveniya klubu “Olimpiya” ilə keçirdiyi səfər oyunu zamanı yayımda yaranmış problemlə bağlı bəyanatında bildirib.

Telekanal rəhbərliyi məsələ ilə bağlı yaxın müddətdə Azərbaycan çempionunun rəsmiləri ilə görüş keçirməyi planlaşdırır:

“Olimpiya” – “Qarabağ” görüşünün “İdman” TV vasitəsilə göstərilməməsindən narahatlığınızı və iradlarınızı başa düşür, üzr istəyirik. “Qarabağ” klubundan fərqli olaraq, biz yaranmış problemin əsl mahiyyətini araşdırmadan kimisə ittiham etmək istəmirik. Odur ki, ən yaxın zamanda klub rəhbərləri ilə AzTV rəhbərliyi arasında görüş keçiriləcək”.

“Qarabağ”ın 2:0 hesabı ilə qalib gəldiyi oyun 69-cu dəqiqədən etibarən yayımlanıb.

Oxşar xəbərlər

“Qarabağ”ın uğurları ilə bağlı paylaşım - FOTO
UEFA-dan "Qarabağ"la bağlı yeni qərar
“Qarabağ”ın matçını yenə “İdman” TV göstərəcək
"Qarabağ"ın "Olimpiya" ilə oyunlarını bu kanalda - CANLI
“Qarabağ”ın oyunu yayımlanacaqmı? – rəsmi açıqlama

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər