Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Kapitan üçün 250-ci matç
Şəhriyar Əliyev Azərbaycan çempionatlarında 250-ci oyununu keçirib.
Sportfm.az xəbər verir ki, “Turan Tovuz”un kapitanının yubileyi Misli Premyer Liqasının VII turuna təsadüf edib.
31 yaşlı müdafiəçi “Sumqayıt”la səfər oyununda (0:0) meydana çıxıb. Şəhriyar 250 matçda 11 qol vurub. O, ölkə çempionatları tarixində 250 və daha çox oyun keçirən 71-ci futbolçudur.
Premyer Liqada 2011/12 mövsümündə “Bakı”nın heyətində debüt edən Əliyev indiyədək 6 klubda forma geyinib. Paytaxtın eyniadlı klubunda 54, “Qarabağ”da 2, “Kəpəz”də 76 (2 qol), “Sumqayıt”da 34 (3 qol), “Şamaxı”da 45 (2 qol) matça çıxan futbolçu indiki klubunda 39 oyunda (4 qol) forma geyinib.

Oxşar xəbərlər
“Səbail”in müdafiəçisi 200-cü oyununu keçirdi
Bədavi “250”yə çatdı
Namik də 200-ü haqladı
150-ci oyun, 30-cu qol - Misli Premyer Liqası
Emin Mahmudov üçün yubiley matç
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası