reklam
Bədavi “250”yə çatdı
Sportfm.az xəbər saytı

Bədavi “250”yə çatdı


“Qarabağ”ın futbolçusu Bədavi Hüseynov Azərbaycan çempionatlarında 250-ci oyununu keçirib.
Sportfm.az xəbər verir ki, futbolçunun yubiley matçı Misli Premyer Liqasının XXI turunda baş tutub.

33 yaşlı müdafiəçi “Səbail”lə səfər qarşılaşmasında meydana çıxıb. Bədavi 250 görüşdə 4 qola imza atıb.

O, Premyer Liqada iki klubun formasını geyinib. “Sumqayıt”da 26 matça çıxan futbolçu “Qarabağ”da 224-cü oyununu keçirib. Hüseynov bütün qollarını Ağdam klubunda vurub.

Qeyd edək ki, Bədavi Azərbaycan çempionatında 2011/12 mövsümündə debüt edib. “Sumqayıt”ın müdafiəçisi 2011-ci il sentyabrın 11-də “Qarabağ”la görüşdə (0:0) debüt edib.

Oxşar xəbərlər

Amin Seydiyev 100-ə çatdı
Namik də 200-ü haqladı
Kapitan üçün 250-ci matç
Bədavi Hüseynov - 200
"Qarabağ"ın futbolçusu - 150 oyuna 1 qol

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər