reklam
Bakıda beynəlxalq toplanış keçirilir
Sportfm.az xəbər saytı

Bakıda beynəlxalq toplanış keçirilir


Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə Bakıda beynəlxalq təlim-məşq toplanışı keçirilir.
Sportfm.az xəbər verir ki, Böyük Dəbilqənin başa çatmasından sonra start götürən hazırlıq prosesi sentyabrın 29-dək davam edəcək.

Toplanışda 100-dən çox idmançı iştirak edir. Təlim-məşq toplanışına Azərbaycanın kişilərdən, gənc oğlanlardan və qadınlardan ibarət milli komandalarının üzvləri ilə yanaşı, Braziliya, Danimarka, Polşa, Portuqaliya, Rumıniya, Amerika Birləşmiş Ştatları, Avstraliya, Slovakiya, Səudiyyə Ərəbistanı və digər ölkələrin cüdoçuları qatılıblar.

Bu, 4-8 oktyabrda Portuqaliyada gerçəkləşəcək gənclər arasında dünya çempionatına hazırlıq məqsədi daşıyır.

Eyni zamanda, təlim-məşq toplanışı böyüklərdən ibarət millinin 3-5 noyabrda Fransada keçiriləcək Avropa çempionatına hazırlıqları üçün mühüm mərhələlərdən biridir.

Oxşar xəbərlər

Güləş yığmalarımız Avropa çempionatına hazırlaşır
Güləş millilərimizın Bakıda toplanış keçirilir
Yığmamızın Qazaxıstan toplanışı başa çatdı
Cüdoçularımız beynəlxalq təlim-məşq toplanışında
Millimiz Göygölə gedəcək - Təlim-məşq toplanışı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər